Obyekt təmiri — ofis, kommersiya və ictimai binalar

Qeyri-yaşayış binalarını — ictimai obyektləri, ofisləri və kommersiya məkanlarını — fasaddan tutmuş hazır interyerə qədər təmir edirik. Obyekt təmiri mənzil təmirindən yalnız həcmi ilə fərqlənmir: bina çox vaxt işləyir, ünvan birdən çox ola bilər, təhvil isə sənədlə, bölmə-bölmə aparılır.

İşlərin tərkibi

Smeta vahid məbləğlə yox, bölmələrlə verilir. Hər bölmə ayrıca da, tam paketin tərkibində də götürülə bilər:

  1. Fasad təmiri

    Suvaq, rəngləmə, giriş örtüyü, pandus və səki.

  2. Daxili suvaq və rəngləmə

    Dəhliz və otaqların divarları.

  3. Döşəmə örtüyü

    Şap, laminat, kafel, mərmər.

  4. Qapı və pəncərələr

    Quraşdırma və ətrafının bərpası.

  5. İstilik sistemi

    Radiatorların və boru xəttinin yenilənməsi.

  6. Sanitar qovşaqlar

    Avadanlıq sifarişçinin spesifikasiyası ilə quraşdırılır.

Görülmüş işlər

Qəbələ rayonu, Hacallı və Zalam kənd tibb məntəqələri (11–12.2024) — fasad, daxili suvaq və rəngləmə, döşəmə, qapı-pəncərə, istilik sistemi. Layihənin fotoları və iş həcmi.

Bakı, teatrda təmir işləri (12.2024).

Obyekt işləyirsə

Qrafik bölmələrə bölünür: bir hissə təhvil verilir, sonra növbəti açılır. Bu, işin əvvəlində razılaşdırılmalıdır, çünki müddətə təsir edir.

Hesablama üçün nə lazımdır

Obyekt təmirinin qiyməti çertyojdan çox binanın mövcud vəziyyətindən asılıdır. Ona görə ilk məlumatdan sonra adətən obyektə baxış keçirilir. Ölçü və ilkin baxış ödənişsizdir.

  • Otaqlar üzrə sahə və ya plan
  • Hansı bölmələr lazımdır: fasad, interyer, istilik, sanitar
  • İş zamanı binanın istifadədə qalıb-qalmayacağı
  • Planlaşdırılan başlama tarixi

Şərtlər

  • Yazılı müqavilə: bölmələr və material seqmentləri əlavədə göstərilir
  • Hər bölmə Forma 3 aktı ilə təhvil verilir
  • Ödəniş qrafiki qəbul edilmiş bölmələrə bağlıdır
  • Qiymətlər ƏDV-siz göstərilir, ƏDV ayrıca yazılır
  • Tikinti lisenziyası EL-792/2022

İctimai obyektin təmirinin mənzil təmirindən fərqi ayrıca yazıda izah olunub.

Tez-tez verilən suallar

Bina işləyərkən təmir etmək olarmı?

Bəli. Qrafik bölmələrə bölünür: bir hissə təhvil veriləndən sonra növbəti açılır. Bu, başlanğıcda razılaşdırılır, çünki müddətə təsir edir.

Avadanlığı siz təmin edirsiniz?

Avadanlıq adətən sifarişçi tərəfindən verilir, biz quraşdırırıq. Təchizatı bizim öhdəmizə vermək istəsəniz, ayrıca sətirlə hesablanır.

Smeta nə dərəcədə ətraflı olur?

Bölmə-bölmə, hər bölmə üçün material seqmenti göstərilməklə. Ayrılmamış yekun məbləği fərqli podratçılar arasında müqayisə etmək olmur.

Hansı ictimai obyektlərdə işləmisiniz?

Qəbələ rayonunda Hacallı və Zalam kənd tibb məntəqələrinin əsaslı təmirində və Bakıda teatrda təmir işlərində.

Obyektiniz üçün müraciət edin

Otaqlar üzrə sahəni və lazım olan bölmələri bildirin — baxış və ilkin hesablama ödənişsizdir.

«CRM CONSTRUCTION» Məhdud Məsuliyyətli Cəmiyyət

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 12/22

Telefon: +994 50 232-42-35

E-poçt: info@crminsaatpro.com

İlkin baxış üçün müraciət edin